Cari ilin 5-6 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada "Mərkəzi Asiya və Xəzər Enerji Həftəsi 2024" (əvvəlki adı "Mərkəzi Asiya və Monqolustan Enerji Həftəsi") keçiriləcək.
Renewables.az-a tədbirin təşkilatçısı "Invest In Network Ltd."dən verilən məlumata görə, tədbir Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Azərbaycan və digər qonşu ölkələrdən olan maraqlı tərəfləri bir araya gətirəcək.
Tədbir regionun yaşıl keçidini formalaşdırmaq üçün bir araya gələn müxtəlif qlobal tərtibatçıları, sponsorları, maliyyəçiləri və aparıcı texnoloji şirkətləri cəlb edəcək. Bərpa olunan enerji potensialı, siyasət və tənzimləyici çərçivələrin müzakirəsi, bərpa olunan enerjinin maliyyələşdirilməsi və günəş fotovoltaik, batareya enerji saxlanc sistemi, külək enerjisi, yaşıl hidrogen və hidroenergetika da daxil olmaqla, texnologiyaya aid layihələrin araşdırılmasına yönəldiləcək.
Enerji Həftəsi yalnız bir konfrans gündəliyindən daha çoxunu təklif edir: məsləhətçilərin rəhbərlik etdiyi B2B zonası və paralel işgüzar görüşlər vasitəsilə görünməmiş şəbəkə imkanları təqdim edir. Mərkəzi Asiyada Enerji Həftəsinin 5-ci tədbirini qeyd etmək üçün təşkilatçılar "Solar Qazaqstan" Mükafatlarının təqdimatı keçiriləcək. Müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilən bu mükafatlar günəş enerjisi sektorunda mühüm layihələri, qabaqcıl şəxsləri və innovativ təşkilatları diqqətə çatdırmaq məqsədi daşıyır.
Siyasətçilər, enerji istehsalçıları, investorlar regionun son tədbiri olan Enerji Həftəsində iştirak etməyə dəvət olunur.
Ətraflı məlumat üçün www.energyweekca.com rəsmi internet səhifəsinə daxil ola bilərsiniz.
Qeyd edək ki, Renewables.az "Mərkəzi Asiya və Xəzər Enerji Həftəsi"nin media tərəfdaşıdır.
Rəylər (0):