Misir Dünya Bankı ilə bərpa olunan enerji layihələrini müzakirə edib

image

Misirin elektrik enerjisi və bərpaolunan enerji naziri Məhəmməd Şeyker Dünya Bankının nümayəndə heyəti ilə bərpaolunan enerji və yaşıl iqtisadiyyata keçid istiqamətlərini dəstəkləyən bir neçə sahədə əməkdaşlıq imkanlarını müzakirə edib.

"Berpaolunanenerji.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir Nazirlər Kabinetinin feysbuk səhifəsində məlumat dərc edilib.

Açıqlamaya görə, Misir və Dünya Bankı bərpaolunan enerji sahəsində sıx əlaqəyə malikdir.

Nazir görüşdə Misirin 2035-ci ilə qədər bərpaolunan enerji istehsalını 42%-ə çatdırmağı hədəfləyən milli strategiya barədə məlumat verib.

Dünya Bankının nümayəndələri yaşıl hidrogen istehsalı, Bank ilə Misirin elektrik və bərpaolunan enerji sektoru arasında gələcək tərəfdaşlıq mövzuları barədə təqdimatla çıxış edib.

 

Şeyker Misirin Dünya Bankı ilə əməkdaşlığın bərpaolunan enerji, yaşıl hidrogen  sahəsində və müxtəlif enerji sahələrində də inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Dünya Bankının nümayəndə heyəti Bankın Misirin gələcək inkişaf planlarını dəstəkləmək üçün hər cür dəstək verməyə marağını və tam hazır olduğunu ifadə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *