Naxçıvanda elektrik enerjisi istehsalı artıb

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, cari ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının elektrik stansiyalarında 132,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,95 mln. kVt-saat və ya 3 faiz çoxdur.

Hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə su elektrik stansiyalarında 44 mln. kVt-saat, günəş elektrik stansiyalarında 18,6 mln. kVt-saat elektrik enerjisi (qalanı İstilik Elektrik Stansiyalarında) istehsal olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *