Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2024-cü ilin yanvar-aprel aylarında Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 18,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,25 kVt-saat və ya 7 faiz çoxdur.
Qeyd edək ki, hesabat dövründə respublika üzrə günəş enerjisi istehsalı 7,5 dəfə artıb.
Rəylər (0):