Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı ümumi istehsalın 8 faizini təşkil edib.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Yanvar-oktyabr aylarında İES-lər üzrə 22 213.8 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 684.1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib", - nazir paylaşımında qeyd edib.
2023-cü ilin 10 ayı üzrə elektrik enerjisinə dair operativ göstəricilərə əsasən, su elektrik stansiyalarından 1 529.3 mln. kVt-saat, külək elektrik stansiyalarından 49.1 mln. kVt-saat, günəş elektrik stansiyalarından 58.6 mln. kVt-saat, tullantıların yandırılmasından 182 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Rəylər (0):