Bu ilin on ayında (yanvar-oktyabr) ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 58,6 mln. kVt-saat təşkil edib.
Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 mln. kVt-saat və ya 6,5 faiz çoxdur.
Qeyd edək ki, hesabat dövründə Respublika üzrə günəş enerjisi istehsalının 92 faizi Naxçıvan Muxtar Respublikanın günəş elektrik stansiyalarından olub.
Rəylər (0):