OPEC Fondu "Xızı-Abşeron" KES-in tikintisinə kredit ayıracaq

image

OPEC Fondu ACWA Power şirkətinə 50 milyon ABŞ dolları məbləğində kredit ayırmaqla Azərbaycanda təmiz enerjinin inkişafına dəstək verir.

Renewables.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Məlumata görə, OPEC-in Beynəlxalq İnkişaf Fondu (OPEC Fondu) Azərbaycanda 240 MVt gücündə "Xızı-Abşeron" külək enerjisi layihəsini dəstəkləmək üçün ACWA Power şirkətinə 50 milyon ABŞ dolları məbləğində kredit ayırır. 

"Bu, ölkədə iri miqyaslı ilk külək enerjisi layihəsi və Qafqaz regionunda ən böyük layihə olacaq. 345 milyon ABŞ dolları dəyərində olan layihə Azərbaycanın iki rayonu olan Abşeronda (102 MVt) və Xızıda (138 MVt) külək stansiyalarının inkişafını əhatə edir. Bu, ölkədə ilk dəfədir ki, müstəqil külək enerjisi layihəsi xarici investisiyalar hesabına maliyyələşdirilir və özəl-dövlət tərəfdaşlığı (PPP) kimi strukturlaşdırılır", - məlumatda deyilir.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “ACWA Power” şirkətinə 197,1 milyon ABŞ dolları (186,9 milyon avro) məbləğində sindikatlaşdırılmış kredit hesabına "Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisini maliyyələşdirəcək.

Xatırladaq ki, "Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 2022-ci ilin yanvarında Prezident İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *