Orsted Norveç, İspaniya və Portuqaliya bazarlarını tərk edir

image

Danimarkanın külək enerjisi nəhəngi Orsted Norveç, İspaniya və Portuqaliya da daxil olmaqla bir neçə beynəlxalq bazarı tərk edir.

Renewables.az Offshore Wind portalına istinadən xəbər verir ki, buna səbəb şirkətin inkişaf xərclərini azaltması və gələcək bazarlara fokuslanması ilə əlaqəlidir.

Bildirilir ki, gələcək investisiya proqramları sürətləndiriləcək, Yaponiya və ABŞ bazarlarına üstünlük veriləcək. Şirkət yaxın zamanda 250 işçisi ilə vidalaşacağını, qlobal miqyasda isə 600-800 işçisini ixtisar edəcəyini bildirib.

Qeyd edək ki, Danimarka şirkəti 2030-cu ilə qədər 35-38 QVt güc hədəflədiyi iş planını açıqlayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *