Özbəkistanda 2,4 qiqavat gücündə bir külək və beş günəş elektrik stansiyası şəbəkəyə qoşulub

image

Özbəkistanda ümumi 2,4 qiqavat gücündə bir külək və beş günəş elektrik stansiyası şəbəkəyə qoşulub.

Renewables.az-ın Özbəkistan Prezidentinin Mətbuat xidmətinə istinadən məlumatına görə, 500 MVt gücündə Zərəfşan Külək Elektrik Stansiyası, 457 MVt gücündə Şirabad və hər biri 220 MVt gücündə Səmərqənd və Cizak günəş elektrik stansiyaları və Buxara və Kaşkədəryada ümumi gücü 1000 meqavat olan iki günəş elektrik stansiyasının birinci mərhələsi şəbəkəyə qoşulub.

Mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, BƏƏ-nin Masdar şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl Ramahi, Çinin “China Gezhouba Group”, “China Energy Engineering Corporation”, “China Energy International Group”, SEPCO III, “Dongfang Electric Corporation” şirkəti və digər rəsmilər iştirak edib.

Ş.Mirziyoyev vurğulayıb ki, ölkədə enerji sektorunda islahatların aparılması və dayanıqlığının artırılması üzrə genişmiqyaslı proqram həyata keçirilir və indiki hadisə - ümumi gücü 2 400 meqavat olan 6 günəş və külək stansiyasının şəbəkəyə qoşulması ölkə tarixində daha bir parlaq səhifə açır.

Ümumi dəyəri 2 milyard ABŞ dolları olan bu layihələr hesabına ildə 6 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

Qeyd edək ki, Özbəkistan 2030-cu ilə qədər elektrik enerjisinə olan tələbatının 25 faizini bərpa olunan mənbələrdən ödəmək məqsədilə 7 QVt günəş və 5 QVt külək enerjisi gücü inkişaf etdirməyi hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *