2023-cü ilin sonunadək Özbəkistanda istismara verilən "yaşıl" elektrik enerjisinin ümumi gücü 2 min meqavat olacaq.
Renewables.az Trend-ə istinadla xəbər verir ki, bunu 2-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun (TIIF-2023) açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.
Onun sözlərinə görə, Özbəkistanda iqtisadiyyatın əsas istiqamətlərindən biri olaraq bərpa olunan enerji mənbələri vasitəsilə elektrik enerjisi istehsalında inkişaf qeydə alınıb.
"Qarşıdakı üç il ərzində bu göstərici dördqat artaraq 8 min meqavata çatacaq", - Ş.Mirziyoyev deyib.
Prezident vurğulayıb ki, sənaye inkişafı, daha doğrusu günəş və külək panelllərinin istehsalı aktiv şəkildə xarici investisiyaların cəlb olunmasını tələb edir.
"Özbəkistan qanunvericiliyi yüngülləşdirməklə və biznes üçün yeni imkanlar yaratmaqla ölkədə xarici investorlar üçün əlverişli şərait təmin etməyə davam edir", - deyə Prezident əlavə edib.
Rəylər (0):