Qazaxıstanda bərpa olunan enerji istehsalı 30 faiz artıb

image

Qazaxıstanda 2023-cü il ərzində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 30 faiz artaraq 6 mlrd. 675,5 mln. kilovat-saat təşkil edib.

Renewables.az QazaqGreen portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Bərpa olunan enerji mənbələrindən ən böyük payı külək elektrik stansiyaları təşkil edib. Belə ki, külək enerjisi istehsalı 3 mlrd. 824,99 mln. kilovat-saat olub. 

İl ərzində günəş enerjisi istehsalı 1 mlrd. 853,95 mln. kilovat-saat, kiçik su elektrik stansiyalarının istehsalı 994 mln. kilovat-saat, bioenerji istehsalı isə 2,71 mln. kilovat-saat təşkil edib.

Hazırda bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücü 2868,6 MVt təşkil edir ki, bunun da 1394,6 MVt-ı külək elektrik stansiyalarının, 269,605 MVt-ı kiçik su elektrik stansiyalarının, 1202,61 MVt-ı günəş elektrik stansiyalarının, 1,77 MVt-ı isə bioelektrik stansiyalarının payına düşür.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *