Qlobal bərpa olunan enerji istehsalı ilk dəfə 30,3 faiz təşkil edib

image

Dünyada ilk dəfə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi ümumi istehsalın 30 %-ni təşkil edib.

Renewables.az xəbər verir ki, bu məlumat Londonda yerləşən Ember qlobal enerji analitik mərkəzinin hesabatında açıqlanıb.

Hesabatda bildirilib ki, 2000-ci ildən bəri günəş və külək enerjisi istehsalı 2000-ci ildəki 0,21 %-dən 2023-cü ildə 13,35 %-ə (rekord) qədər artıb.

Məlumata görə, ötən il ümumi elektrik enerjisi istehsalında günəş və külək enerjisi istehsalı 13,35 %, hidroenerji istehsalı 14,28 %, digər bərpa olunan mənbələr üzrə istehsal isə 2,67 % təşkil edib.

Bununla dünyada ilk dəfə olaraq bərpa olunan enerji mənbələrinin istehsalı ümumi elektrik enerjisi istehsalının 30,3 faizini təşkil edib.

Qeyd edilib ki, 2023-cü ildə günəş enerjisi istehsalı 23 %, külək enerjisi isə 10 % artıb. Bu dövrdə kömür və qaz kimi qalıq yanacaqlardan elektrik enerjisi istehsalı cəmi 0,8 % artıb. 

Ember-in dərc etdiyi Qlobal Elektrik İcmalı hesabatı, qlobal elektrik enerjisi tələbatının 92 %-i təmsil edən 80 ölkənin elektrik enerjisi istehsalı üzrə dünyanın ilk açıq məlumat toplusudur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *