RREDA: Rusiyada bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücü 5,8 qiqavata çatıb

image

Rusiya Federasiyasında bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücü (50 MVt-dan çox olan su elektrik stansiyaları istisna olmaqla) 2023-cü il 1 yanvar tarixinə 5,78 giqavat (QVt) təşkil edib. 

"Renewables.az"ın məlumatına görə, bu barədə Rusiya Bərpa Olunan Enerjinin İnkişafı Assosiasiyasının (RREDA) 2022-ci ilin yekunlarına əsasən yaydığı statistik məlumatda bildirilir.

Məlumata görə, külək elektrik stansiyalarının ümumi gücü 2 168 MVt; günəş elektrik stansiyalarının ümumi gücü 1 788 MVt; kiçik su elektrik stansiyalarının ümumi gücü isə 46 MVt təşkil edib.

2022-ci ildə 420 MVt yeni bərpa olunan güc istifadəyə verilib ki, bununla da bərpa olunan enerjinin ümumi qoyuluş gücü 5,8 QVt-a çatıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *