Rusiya və Çin yüksək texnologiyalar, o cümlədən hidrogen istehsalı texnologiyaları sahəsində əməkdaşlıq etmək barədə razılığa gəlib.
Renewables.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
"Bərpa olunan enerji mənbələri Çinlə əməkdaşlığın digər istiqamətidir. Biz bu gün razılaşdıq ki, yüksək texnologiyalar, o cümlədən hidrogen istehsalı texnologiyaları sahəsində əməkdaşlıq edəcəyik. Bunlar əsas istiqamətlərdir", - o bildirib.
Rəylər (0):