Sankt-Peterburqda keçirilməli olan Dünya Enerji Konqresi ləğv edilib

image

2022-ci ilin oktyabrın 24-27-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli olan Dünya Enerji Konqresi ləğv edilib.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə TASS agentliyi Dünya Enerji Şurasına istinadla məlumat yayıb.

“Biz Sankt-Peterburqdakı konqresin ləğv edildiyini təsdiqləyə bilərik. Bu il Dünya Enerji Konqresi keçirilməyəcək”, - deyə təşkilatdan bildiriblər.

Konqresin ləğv edilməsinin səbəbi açıqlanmayıb. Tədbirin saytı da artıq əlçatan deyil.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *