Dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanı 2060-cı ilə qədər istixana qazı emissiyalarını sıfıra endirməyi öhdəsinə götürüb.
"Berpaolunanenerji.az"ın verdiyi məlumata görə, bu barədə ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı qlobal enerji bazarlarının təhlükəsizliyi və sabitliyinin gücləndirilməsində krallığın liderliyini qoruyaraq bu məqsədə doğru gedəcək.
Məhəmməd bin Salman onu da qeyd edib ki, Səudiyyə Ərəbistanının iqlim hədəflərinə enerji balansının dəyişdirilməsi, bərpaolunan enerji mənbələrinə (hidrogen də daxil olmaqla) investisiyalar, enerji istehsalı və istifadəsinin səmərəliliyinin artırılması daxildir.
Qeyd olunur ki, krallıq iqlim dəyişikliyi ilə mübarizə üçün uzunmüddətli proqramın həyata keçirilməsinə ümumilikdə 700 mlrd. riyal (190 mlrd. dollar) sərf edəcək. Bu proqrama metanın atmosferə atılmalarının qarşısının alınması ilə bağlı tədbirlər də daxildir.
Rəylər (0):