“Siemens Gamesa”nın 67 % hissəsinə sahib olan “Siemens Energy” şirkətin digər hissələrini də satın almağı planlaşdırır.
“Berpaolunanenerji.az” "Offshore Wind"a istinadən xəbər verir ki, şirkət bununla bağlı qarşı tərəfə 4 milyard avro təklif edib.
Anlaşmanın ilin ikinci yarısında tamamlanması gözlənilir.
Qeyd edək ki, “Siemens Energy” Almaniya, “Siemens Gamesa” isə İspaniya mərkəzli şirkətdir.
Rəylər (0):