İspaniyanın külək enerjisi qurğuları istehsalçısı "Siemens Gamesa" ABŞ-də 500 milyon dollar dəyərində mühərriklər üçün istehsal sahəsi qurmağı planlaşdırır.
"Renewables.az" "Reuters"in yaydığı məlumata istinadən xəbər verir ki, şirkət istehsal etdiyi dənizdə külək turbinləri yerli tenderdə seçiləcəyi təqdirdə bu addımı atacağını bildirib.
Qeyd edək ki, "Siemens"in ABŞ-də 3 istehsal müəssisəsi var və sonuncu müəssisəsini 2021-ci ildə istifadəyə verib.
Rəylər (0):