Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu bərpa olunan enerji mənbələri ilə işləyən elektrik mühərriklərinin quraşdırılması imkanını araşdırır.
"Renewables.az"ın məlumatına görə, bu barədə Trend-ə TAP-ın icraçı direktoru Luka Skyepatti deyib.
"Biz TAP olaraq əvvəlki kimi "təmiz" enerjiyə keçidə, xüsusən Cənub-Şərqi Avropada tam sadiqik. TAP-ın genişləndirilməsi gələcəkdə istixana qazlarının, uçucu tullantıların azaldılmasına və ekoloji cəhətdən təmiz qazların (hidrogen və biometan) nəqlinə yönəlmiş bir sıra həllərin reallaşdırılmasını əks etdirir. Bu səbəbdən kompressor stansiyalarının çox yüksək gərginlikli şəbəkələrə qoşulmasının mümkünlüyü, həmçinin elektrik mühərriklərinin qaz turbinləri əvəzinə bərpa olunan enerji mənbələri ilə işləyən elektrik mühərriklərinin quraşdırılması nəzərdən keçirilir. TAP borularının hidrogen nəqli üçün 100 faizlik uyğunluğu da xüsusi laboratoriyalarda yoxlanılır", - o deyib.
Skyepatti TAP-ın dünyada mövcud və yeni boru kəmərləri ilə hidrogen nəqli üzrə ilk proqramın hazırlanmasına dair birgə H2Pipe layihəsinin iştirakçısı olduğunu və bu layihənin təkcə TAP üçün deyil, digər transmilli birləşdirici xətlər üçün də faydalı olacağını qeyd edib.
Rəylər (0):