Təmiz enerjiyə qlobal investisiyalar 40 faiz artıb

image

Təmiz enerjiyə qlobal investisiyalar 2020-ci ildən bəri 40 % artaraq 2023-cü ildə təxmin olunduğu kimi, 1,8 trilyon ABŞ dollarına çatıb.

Renewables.az Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən xəbər verir ki, artımın demək olar ki, hamısı inkişaf etmiş iqtisadiyyatların və Çinin payına düşüb.

Bunun əksinə, bazar iqtisadiyyatı formalaşmaqda olan və inkişaf edən ölkələrin payına isə bu artımın cəmi 15 %-i düşüb, halbuki bu ölkələrdə dünya əhalisinin 65 %-i yaşayır və qlobal ümumi daxili məhsulun təxminən üçdə biri istehsal olunur.

Məlumata görə, inkişaf etməkdə olan ölkələrdə təmiz enerji layihələrinə kapital axını həyəcanverici dərəcədə aşağı olaraq qalır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *