Yaponiyanın paytaxtı Tokioda yeni yaşayış binalarında günəş panellərinin quraşdırılması məcburi olacaq.
"Berpaolunanenerji.az" "Balkan Green News"a istinadən xəbər verir ki, bu barədə paytaxt qubernatorluğunun qəbul etdiyi yeni qərarda qeyd edilib.
Qərara əsasən, 2025-ci ilin aprelindən sonra 2 min kvadratmetrədək yeni yaşayış binalarında bərpa olunan enerji avadanlıqlarının, o cümlədən günəş panellərinin quraşdırılması tələb olunacaq.
Qubernator Koike Yuriko açıqlamasında bildirib ki, şəhərdə quraşdırılan binaların 4 faizində artıq panellər var.
Qeyd edək ki, Yaponiya 2050-ci ilə qədər sıfır karbon hədəfinə çatmağı öhdəsinə götürüb.
Rəylər (0):