Türkiyə iyul ayında bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı üzrə rekord göstəricilər əldə edib.
"Berpaolunanenerji.az"ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz tviter hesabında paylaşım edib.
Paylaşımda qeyd edilib ki, ötən ay Türkiyədə günəş enerjisi istehsalı 2 milyard 7 milyon kVt-saat, külək enerjisi isə 4 milyard 237 milyon kVt-saat təşkil edib.
“İyulda külək və günəş enerjisindən istehsal olunan elektrik enerjisi ilk dəfə olaraq ümumi istehsalın 21,6 faizini təşkil edib”, - paylaşımda bildirilib.
Rəylər (0):