Türkiyə "HİT-30 Yüksək Texnologiya Təşviq Proqramı" çərçivəsində yaşıl enerji mənbələrinə 4,2 milyard dollar təşviq paketi ayıracaq.
Renewables.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 2030-cu ilə qədər günəş enerjisinə 2,5 milyard dollar, külək enerjisinə isə 1,7 milyard dollar investisiya qoyulacaq.
Məlumata görə, təşviq paketi günəş və külək enerjisi texnologiyalarının inkişafı, panel, gövdə, qanad, generator və digər avadanlıq istehsalına ayrılacaq.
Rəylər (0):