Türkiyə ilə İraq arasında bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

image

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İraq baş nazirinin enerji məsələləri üzrə müavini və neft naziri Hayyan Əbdülqəni ilə görüşüb.

Renewables.az Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüş zamanı regional məsələlər, xüsusilə İraq-Türkiyə xam neft boru kəməri müzakirə edilib.

"Nazirlər Türkiyə ilə İraq arasında neft və qaz, qaz və elektrik enerjisinin qarşılıqlı əlaqəsi, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparıblar. İki nazir Türkiyə-İraq Birgə İqtisadi Komissiyasının 19-cu iclasının ən qısa zamanda Bağdadda keçirilməsi barədə razılığa gəliblər”, - Nazirliyin məlumatında qeyd olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *