Türkiyə Milli Enerji Planını dərc edib

image

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi 2020-2035-ci illəri əhatə edən Milli Enerji Planını təqdim edib.

"Renewables.az" Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, plandakı ssenariyə görə, elektrik enerjisinin qoyuluş gücü 189,7 giqavata çatacaq.

Sənədə görə, 2035-ci ilə qədər günəş enerjisi 52,9 giqavata, külək enerjisi 29,6 giqavata yüksələcək. Bu da müvafiq olaraq 7,9 və 3,4 dəfə artım deməkdir.

Bərpa olunan enerji mənbələrinin ümumi enerji gücündə payının mövcud 52 %-dən 64,7 %-ə yüksələcəyi gözlənilir.

Türkiyədə 2035-ci ilə qədər 96,9 gigavatlıq yeni istehsal olunan elektrik enerjisi istifadəyə veriləcək ki, bunun da, 74,3 %-ni bərpa olunan enerji mənbələrinin payına düşəcək.

Hidroenerji üzrə quraşdırılmış gücün isə 13,2 % və ya 4,1 gigavatt artaraq 35,1 gigavata çatacağı gözlənilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *