Türkiyədə 29 yeni bərpa olunan enerji mənbələri əraziləri elan edilib

image

Türkiyənin 17 vilayətində 29 ərazi külək enerjisi üzrə bərpa olunan enerji mənbələri əraziləri elan edilib.

Renewables.az Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə "Resmi Gazete" məlumat yayıb.

"Adıyaman, Malatya, Çankırı, Çorum, Elazığ, Giresun, Gümüşhane, Ordu, Karaman, Kütahya, Uşak, Əskişəhər, Tokat, Samsun, Sivas, Trabzon və Yozgatda külək enerjisi ilə bağlı 29 ərazi müəyyən edilib. Sözügedən sahələrin künc koordinatları, eskizləri və sahə ölçüləri paylaşılıb", - deyə "Resmi Gazete"də paylaşılan məlumatda qeyd edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *