Türkiyədə aprel ayı üzrə elektrik enerjisi statistikaları açıqlanıb
Türkiyədə 2021-ci ilin aprel ayı ərzində toplam elektrik enerjisi istehsalı 105,271 mlrd. kVt⋅saat, toplam qoyuluş gücü isə 97,070 meqavat təşkil edib.
"Berpaolunanenerji.az"ın TEİAŞ-dan əlda etdiyi datalara görə, bərpa olunan enerji ümumi enerji istehsalında hidroenerji də daxil olmaqla 52,32 % paya sahib olub. Mənbələr üzrə nəzər yetirsək, hidroenerji 32,27 %; külək 9,64 %; günəş 7,17 %; geotermal 1,67 %; tullantılar isə 1,56 % qeydə alınıb.
Günəş enerjisi ümumi elektrik enerjisi istehsalında 3,63 %; külək enerjisi 9,55 %; geotermal enerji 3,33 % paya sahib olub.
Rəylər (0):