Türkiyədə cari ilin aprel ayında bərpa olunan enerji istehsalında rekord göstəricilər qeydə alınıb.
Renewables.az xəbər verir ki, bu barədə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar feysbukdakı hesabında paylaşım edib.
A. Bayraktar paylaşımında bildirib: "Aprel ayında həm günəş həm də küləkdən istehsal etdiyimiz elektrik ilə yeni rekordlara imza atdıq. Bərpa olunan enerjidə 2035-ci ilə qədər 60 min meqavat əlavə (yeni) qoyuluş gücü artımı təmin etməyi hədəfləyirik".
Qeyd edilib ki, cari ilin aprel ayında günəş enerjisi istehsalı 2,4 milyard kilovat-saat təşkil edib ki, bu da indiyə qədər ən yüksək (mənbə üzrə) göstəricidir. Günəş enerjisi istehsalı ümumi istehsalın 10 faizini təşkil edib. Külək enerjisi istehsalı 3,2 milyard kilovat-saat olub ki, bu da indiyə qədər aprel ayında qeydə alınan ən yüksək (mənbə üzrə) istehsaldır.
Nazirin paylaşımında qeyd olunub ki, bərpa olunan enerji mənbələri üzrə 15,5 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu, indiyə qədər qeydə alınan ən yüksək istehsaldır.
Rəylər (0):