Türkiyədə bərpa olunan enerji mənbələri ilə bağlı mərkəz açılacaq

image

G20 çərçivəsində, eləcə də bütün beynəlxalq platformalarda görüşlər zamanı həmkarlarımızla enerji mövzusunu müzakirə etmişik.

Renewables.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələri liderlərinin görüşünün keçirildiyi Yeni Delhidən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan qeyd edib ki, İstanbulun Ataşehir rayonundakı Maliyyə Mərkəzində təkcə qazla deyil, neft, minerallar və bərpa olunan enerji mənbələri ilə də məşğul olacaq bir enerji mərkəzi açılacaq. 

Prezident vurğulayıb ki, Ataşehirdəki mərkəz müxtəlif növ enerji resurslarının satışı və paylanması yerinə çevriləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *