Türkiyədə yerli istehsal olmayan günəş panelləri təşviq edilməyəcək.
Renewables.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Sənaye və Texnologiya Nazirliyi tərəfindən hazırlanan İnvestisiyalarda Dövlət Yardımları Qərarının Tətbiqi haqqında Bəyanatda Dəyişikliklər edilməsinə dair Bəyanat Rəsmi Qəzetdə dərc olunub.
Məlumata görə, günəş enerjisinə əsaslanan elektrik enerjisi istehsalı investisiyaları çərçivəsində, ölkə xaricindən alınacaq günəş panelləri və tikinti sistemləri ilə yanaşı, yerli istehsal günəş batareyaları (hücrələri) istifadə edilmədən hazırlanan günəş panelləri "təşviq sənədi daxilində qiymətləndirilməyən xərclər" əhatəsinə daxil edilib.
Rəylər (0):