Türkiyədə zəlzələ bölgələrinin enerji ehtiyacı üçün günəş panelləri qurulub

image

Türkiyədə zəlzələ bölgələrinin enerji ehtiyacı üçün günəş panelləri qurulub.

"Renewables.az" Anadolu Agentliyinə istinadən xəbər verir ki, zəlzələdən zərər çəkmiş bölgələrdən olan Hatayın yüzdən çox məhəlləsində 110 günəş enerjisi sistemi qurulub.

Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yaradılan çadır şəhərciyində yaşayan 4 min 400 insan günəş enerjisi sistemi ilə telefon, planşet, portativ şarj cihazı, akkumulyator lampaları, mini soyuducu, elektrik yorğanı kimi əşyaları enerji ilə doldura bilirlər.

İxtisaslaşmış yerli şirkətlər digər bölgələri müxtəlif gücdə günəş panelləri, inverter, batareyalarla təmin edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *