Türkiyənin bərpa olunan enerji üzrə yol xəritəsi açıqlanıb
Türkiyənin "Enerji transformasiyası - Bərpa olunan enerji 2035" Yol Xəritəsi açıqlanıb.
Renewables.az ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Alparslan Bayraktar keçirilən tədbirdə məlumat verib.
Nazir Alparslan Bayraktar Türkiyənin 2035-ci ildə 120 min meqavatlıq külək və günəş enerjisi gücünü hədəflədiyini və bunun üçün təxminən 80 milyard dollar sərmayəyə ehtiyac olduğunu bildirib. Bayraktar təqdimatında Türkiyənin enerji siyasətinin 3 əsas hədəf üzərində formalaşdığını bildirib: təchizat təhlükəsizliyi, enerjidə xaricə asılılığın azaldılması və 2053 xalis sıfır emissiya.
Bayraktar Türkiyənin 2024-2030-cu illəri əhatə edən dövrdə enerji səmərəliliyi investisiyalarının dövlət və özəl sektorda 20 milyard dollara çatacağını bildirib: "2005-ci ildə 12 min 975 meqavat olan ümumi qoyuluş gücündə payı 33 % olan bərpa olunan enerji mənbələri, 2024-cü ilin sentyabr ayı etibarilə 67 min 400 meqavat ilə 59 %-ə çatıb. Türkiyə hər il ən azı 7500-8000 meqavat qoyuluş gücü işə salmalıdır".
Yol Xəritəsinə əsasən, Türkiyədə ilk dəfə yüksək gərginlikli birbaşa cərəyan xətti (HVDC) inşa ediləcək.
Rəylər (0):