Ukraynanın bərpaolunan enerji sektoruna dəyən ziyan 1 milyard dolları keçə bilər

image

Ukrayna Bərpa Olunan Enerji Assosiasiyası bildirib ki, Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynanın bərpa olunan enerji potensialının yarısı məhv olmaq təhlükəsi altındadır. Külək turbinlərinin, günəş panellərinin, stansiyaların elektrik avadanlıqlarının, elektrik xətlərinin, yarımstansiyaların işğalçılar tərəfindən məhv edilməsi faktları artıq qeydə alınıb. Ukrayna Külək Enerjisi Assosiasiyasının məlumatına görə, Rusiyanın hərbi təcavüzü səbəbindən külək turbinlərinin 2/3-dən çoxu dayandırılıb, 1 162,5 MVt külək enerjisi gücü işləmir.

Belə ki, Zaporojyedə 99,58 MVt gücündəki "Primorskaya-1" istisna olmaqla, bütün külək stansiyaları və “Ukrayna Külək Parkları” MMC-nin 14 turbininin fəaliyyəti dayandırılıb. Ukraynada istismarda olan günəş elektrik stansiyalarının təxminən 60 %-i (3,700 MVt) Ukraynanın aktiv döyüş əməliyyatlarının aparıldığı cənub və cənub-şərq bölgələrində yerləşir. Bu stansiyaların 30-40 %-i (1,120-1,500 MVt) dağıdılıb. Xarkov vilayətində isə günəş stansiyaların hamısı yararsız vəziyyətə düşüb. Bioenerji üzrə quraşdırılmış güclərin 10-15%-i zədələnib.

Kiyev İqtisadiyyat Məktəbinin hesablamalarına görə, Rusiya və Ukrayna arasında münaqişə nəticəsində Ukraynanın bərpa olunan enerji sektorunda itkilər 1 milyard dolları keçə bilər. Təkcə Ukraynada külək elektrik stansiyalarının potensial sığortalanmış itkiləri 750 milyon dollardan çoxdur, əlavə itkilər isə ən azı daha 100 milyon dollardır. Lakin günəş və digər bərpa olunan enerji stansiyalarının zərəri məlum olmadığından, ümumi zərərin 1 milyard dollardan çox olacağı bildirilir. Dünya Bankı ümumi energetika sənayesinin itkilərini 11 milyard dollar dəyərində qiymətləndirib.

Ölkənin Energetika Nazirliyi bildirir ki, 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək mühüm infrastruktur obyektlərinə 271 zərbə qeydə alınıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *