2023-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, 5 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 629,3 mln. kVt-saat, yəni 5,6 % artaraq 11 886,5 mln. kVt-saat olub.
Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı 2022-ci ilin yanvar-may aylarına nisbətən SES-lərdə 96,5 mln. kVt-saat azalaraq 672,3 mln. kVt-saat, digər mənbələr üzrə isə 3,0 mln. kVt-saat azalaraq 159,1 mln. kVt-saat təşkil edib.
Bu dövrdə külək elektrik stansiyalarında 26,4 mln. kVt-saat, günəş elektrik stansiyalarında 25,4 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 107,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
5 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 10 667,4 mln. kVt-saat (SES-lərdə 623,0 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 176,0 mln. kVt-saat (SES-lərdə 43,9 mln. kVt-saat, GES-də 23,2 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 20,3 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1022,8 mln. kVt-saat təşkil edib.
2023-cü ilin 5 ayı üzrə elektrik enerjisinin idxalı 50,3 mln. kVt-saat olmaqla, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,0 mln. kVt-saat azalıb, ixrac isə 1 253,7 mln. kVt-saat olmaqla, 2022-ci ilin müvafiq dövrünə nisbətən 715,7 mln. kVt-saat artıb.
Qeyd edək ki, cari ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,9 mln. kVt-saat və ya 1,4 % artaraq 2034,3 mln. kVt-saat olub.
May ayında elektrik enerjisinin idxalı 9,2 mln. kVt-saat, ixrac isə 9,5 mln. kVt-saat təşkil edib.
Rəylər (0):