Azərbaycanda günəş enerjisi istehsalının 91 faizi Naxçıvandan olub

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-may aylarında Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 23,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

"Renewables.az" xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 mln. kVt-saat və ya 3 faiz çoxdur.

Qeyd edək ki, hesabat dövründə Respublika üzrə günəş enerjisi istehsalının 91,3 faizi Muxtar Respublikanın günəş elektrik stansiyalarından olub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *