Yeni texnologiya: 300 metr hündürlüyündə "nəhəng külək səddi" inkişaf etdirilir

image

Norveç mərkəzli Wind Catching Systems (WCS) çox turbinli dizayn əsasında üzən külək elektrik stansiyası olaraq təyin etdiyi "Windcatcher" sistemini inkişaf etdirir.

Renewables.az Recharge-a istinadla xəbər verir ki, Windcatcher-in ən böyük modeli təxminən 300 metr yüksəklikdə və 350 metr enində olacaq. "Nəhəng külək səddi"nin ən böyük modeli 1 MVt gücündə 126 turbindən ibarət olacaq.

Qlobal təsnifat təşkilatı DNV-dən təsdiq alan şirkət, ilk kommersiya tətbiqinə yaxınlaşdıqlarını bildirir. Məlumatlara görə, bu kiçik turbinlər ənənəvi üç qanadlı turbin dizaynı ilə müqayisədə külək axınının hər kvadrat metri üçün 2,5 dəfə çox enerji istehsal edə bilir. Hər bir qurğu elektrik enerjisini şəbəkəyə ötürən mərkəzi yarımstansiyaya qoşulub. Bu platformanın yaşıl hidrogen istehsal potensialı da qiymətləndirilir.

WCS hazırda Norveçin İqlim və Ətraf Mühit Nazirliyinin Enova fondundan 2023-cü ilin fevralında təhvil verilmiş 900.000 dollarlıq investisiyanın köməyi ilə Windcatcher dizaynının prototipini qurur.

Şirkətin investorları arasında General Motors və GM Ventures var. Daha səmərəli istehsalla yanaşı, Windcatcher və ya külək divarı sistemi üzən külək enerjisinin dəyərini hər MVt üçün 43-65 dollara endirməyi hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *