İndoneziyanın Cirata üzən günəş elektrik stansiyasının gücü 500 MVt-a qədər artırılacaq

4 dekabr 2023, 16:07 (UTC+4)
DÜNYA GÜNƏŞ
EDITOR
image

Dünyanın aparıcı təmiz enerji şirkətlərindən biri olan Masdar – Abu Dhabi Future Energy Company İndoneziyanın dövlət kommunal şirkəti PLN ilə əməkdaşlıqla bağlı müqavilələr imzalayıb.

Renewables.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, bununla Cənub-Şərqi Asiyanın ən böyük üzən günəş elektrik stansiyası olan "Cirata"nın qoyuluş gücü artırılacaq.

COP28 çərçivəsində imzalanan razılaşmaya əsasən 145 MVt gücündəki Cirata üzən günəş elektrik stansiyasının qoyuluş gücünün 500 MVt-dək artırılması planlaşdırılır. Tərəflər həmçinin yaşıl hidrogenin inkişaf etdirilməsi perspektivlərini araşdırmaq barədə razılığa gəlib.

Xatırladaq ki, Masdar və İndoneziyanın PLN Group şirkətinin birlikdə icra etdiyi 145 MVt (192 MVt-pik) gücündəki Cirata üzən günəş elektrik stansiyasının açılışı bu ilin noyabr ayında olub.

2006-cı ildə əsası qoyulmuş Masdar şirkəti ümumi elektrik enerjisi istehsal gücü 20 QVt-dan çox olan 40-dan çox ölkədə fəaliyyət göstərir. Şirkət 2030-cu ilə qədər 100 QVt və 1 milyon ton yaşıl hidrogenə çatmaq üçün iddialı artım planları ilə ümumi dəyəri 30 milyard ABŞ dollarından çox olan dünya miqyasında layihələrə sərmayə qoyub və ya investisiya etməyi öhdəsinə götürüb.