ABŞ prezidenti Donald Tramp yenidən külək enerjisini tənqid edib, Avropanın külək enerjisi qurğularından imtina etməli olduğunu bildirib. O, bunu Şotlandiyanın paytaxtı Qlazqo şəhərində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, külək turbinləri "gözəl çölləri və vadiləri məhv edir və quşları öldürür". "Siz öz ölkələrinizi məhv edirsiniz", - deyə Tramp əlavə edib.
Prezident dəfələrlə külək enerjisinə qarşı çıxış edib. Əvvəllər o, "Trump Organisation" obyektlərinin yaxınlığında külək turbinlərini görmək istəmədiyini bildirib.
Qeyd edək ki, Trampın övladlarının idarə etdiyi şirkət əvvəllər ona məxsus olan Aberdinşirdəki (Şotlandiya) qolf klubunun yaxınlığında külək parkının tikilməsi ilə bağlı məhkəmə prosesini uduzub. İddiada turbinlərin qolf oyunçuları üçün mənzərəni korladığı bildirilirdi.