Çin 500 MVt-lıq dünyanın ən güclü hidroturbinlərini quraşdırır

DÜNYA
HİDRO

image

Çin hidroenerji sahəsində yeni rekorda imza ataraq, 500 MVt gücündə dünyanın ən güclü impuls hidroenerji turbinlərini təqdim edib.

Renewables.az "Interesting Engineering" portalına istinadən xəbər verir ki, "Datang Zala" Su Elektrik Stansiyası (SES) üçün hazırlanmış və tamamilə yerli texnologiya ilə istehsal edilən dünyanın ən böyük tək çıxışlı hidroturbinin çəkisi 88 tondur.

Hidroenerji turbininin hazırlanması və test edilməsi dörd il çəkib. Şirkət turbinləri SES-də quraşdırılması üçün hazırlaşır.

Turbin "Harbin Electric Machinery Company" şirkəti tərəfindən istehsal olunub. Şirkətin texniki direktoru Tao Xingming bildirib ki, 500 MVt gücündə bir turbinin sutkada 24 saat işləməsi halında səmərəliliyin 1,6 % artması deməkdir. 

"Datang Zala" SES-in tikintisinə 2023-cü ildə başlanılıb və 2028-ci ildə istismara verilməsi planlaşdırılır.

Beynəlxalq Hidroenerji Assosiasiyasının (IHA) məlumatına görə, Çin 421 GVt qoyuluş gücü ilə hidroenerji sahəsində qlobal liderdir.

Renewables.az


OXŞAR XƏBƏRLƏR