Çində 26 MVt gücündə dəniz külək turbininin prototipi quraşdırılıb (VİDEO)

DÜNYA
KÜLƏK

image

"Dongfang Electric Corporation" Çində 26 MVt gücündə dünyanın ən güclü dəniz külək turbininin prototipini quraşdırıb. Turbin şirkətin Dongying şəhərindəki sınaq sahəsində inşa edilib.

Şirkətdən verilən məlumata görə, qanadlar 77 min kvadratmetrlik sahəyə nəzarət edə bilir (swept area). Turbin qülləsinin hündürlüyü 200 metrə çatır. Prototip 30 mindən çox hissədən ibarətdir.

Turbin inteqrasiya olunmuş yarı birbaşa sürücü texnologiyasından istifadə edir və tayfunlara davamlı dizayna malikdir. Prototip saniyədə 8 metrdən yuxarı orta və yüksək küləyin sürəti olan dəniz əraziləri üçün uyğundur. Qurğunun istehsal edəcəyi elektrik enerjisinin həcmi 100 milyon kVts olaraq qeyd olunur ki, bu da 55 min ev təsərrüfatının istehlakına bərabərdir.

Qeyd edək şirkət ilk dəfə olaraq 10 MVt, 13 MVt, 18 MVt və 26 MVt gücündə dəniz külək turbinlərini istehsal edib və quraşdırıb. 



OXŞAR XƏBƏRLƏR