İstanbulda 16-cı Türkiyə Enerji Sammiti keçirilib

28 Oktyabr 2026, 09:02 (UTC+4)
REGİON
EDITOR
image

Türkiyənin İstanbul şəhərində “Avropa-Aralıq dənizi regionunda enerji təhlükəsizliyi və investisiya imkanları” mövzusunda 16-cı Türkiyə Enerji Sammiti keçirilib.

Renewables.Az türk mediasına istinadla xəbər verir ki, Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin himayəsi və Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) dəstəyi ilə təşkil olunan sammit dövlət qurumlarının, beynəlxalq təşkilatların, tənzimləyici orqanların, enerji şirkətlərinin və investorların nümayəndələrini bir araya gətirib.

İki gün davam edən tədbirdə enerji təhlükəsizliyi, regional əməkdaşlıq, enerji bazarlarının inteqrasiyası, investisiya imkanları, bərpa olunan enerji mənbələrinin inkişafı, elektrik şəbəkələrinin infrastrukturu, enerji saxlama texnologiyaları və rəqəmsallaşma məsələləri müzakirə olunub.

Sammit çərçivəsində qlobal və regional geosiyasi proseslərin enerji bazarlarına təsiri, enerji keçidinin maliyyələşdirilməsi, təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) bazarlarının inkişafı, eləcə də transsərhəd enerji əlaqələrinin genişləndirilməsi imkanları diqqət mərkəzində olub.

Tədbirin ikinci günündə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar xüsusi sessiyada iştirak edərək ölkənin enerji sektorunun inkişafı ilə bağlı məsələlərə toxunub.

Qeyd edək ki, Türkiyə Enerji Sammiti 2010-cu ildən etibarən keçirilir və enerji sektorunun dövlət və özəl sektor nümayəndələrini birləşdirən beynəlxalq platformalardan biridir.