Türkiyənin tarixi hamamı yaşıl enerjidən istifadəni sənədləşdirib

REGİON
GEOTERMAL

image

1556-cı ildə inşa edilən İstanbulun simvol tikililərindən olan Hürrəm Sultan Hamamı enerjisini geotermal elektrik stansiyasından təmin edir. Bununla bağlı "CK Enerji Boğaziçi Elektrik"in məsləhətçiliyi ilə həyata keçirilən layihə çərçivəsində Türkiyənin tarixi hamamı Beynəlxalq Bərpa Olunan Enerji Sertifikatı (I-REC) alıb.

Bunun nəticəsində hamam fəaliyyətindən yaranan karbon izini xeyli azaldaraq gələcək nəsillərə təkcə mədəni irs deyil, həm də daha təmiz bir dünya miras qoymaq məqsədinə xidmət edir.

Ənənəvi elektrik enerjisi əvəzinə 100 % yaşıl enerjini seçən Hürrəm Sultan Hamamı bu addımı ilə Avropada dayanıqlılıq sertifikatına sahib olan ən qədim və köklü tikili oldu.



OXŞAR XƏBƏRLƏR