2021-ci ildə Azərbaycanda günəş enerjisi istehsalı artıb

image

2021-ci il üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 201,4 mln. kVt-saat, ixrac 127,9 mln. kVt-saat artıb, idxal isə 0,2 mln. kVt-saat azalıb.

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci ildə Azərbaycanın Günəş Elektrik Stansiyalarında (GES) 55,2  mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

2021-ci ildə GES-lərdə elektrik enerjisinin istehsalı Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 51,2 mln. kVt/saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *