Avropanın ən çox enerji istehlakına sahib ölkəsi Almaniyada 2024-cü ildə elektrik enerjisi istehlakının 14 faizi günəş enerjisindən qarşılanıb. Ölkədə günəş enerjisi üzrə qoyuluş gücü ilk dəfə olaraq 100 giqavatı keçib.
Renewables.az xəbər verir ki, bu barədə Almaniya Günəş Enerjisi Assosiasiyası (BSW) ölkənin günəş enerjisi sektoru ilə bağlı hesabat dərc edib.
Hesabatda günəş enerjisi üzrə qoyuluş gücünün 2024-cü ildə bir əvvəlki ilə nisbətən 10 faiz artdığı bildirilib. Ötən il 17 giqavatdan çox gücə malik 1 milyondan çox günəş enerjisi sistemi ölkənin elektrik şəbəkəsini elektrik enerjisi ilə təmin etməyə başlayıb. Qeyd olunub ki, yaşayış evlərində quraşdırılan günəş enerjisi sistemi 40 faiz və ya 6,3 giqavat artıb.
Qeyd edək ki, Almaniya 2030-cu ilə qədər günəş enerjisində 215 gigavat qoyuluş gücünə çatmağı hədəfləyir.
Rəylər (0):