2024-cü ildə ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 556,3 mln. kVt-saat təşkil edib.
Renewables.az Energetika Nazirliyinin yaydığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 476,9 mln. kVt-saat və ya 7 dəfə çoxdur.
Qeyd edək ki, ötən il Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 60,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):