2021-ci ildə bərpaolunan enerji sahəsinə 366 milyard dollar investisiya qoyulub

image

2021-ci ildə qlobal bərpaolunan enerji yatırımları 366 milyard dollar həcmində olub.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə "BloombergNEF"in dərc etdiyi "Enerji Keçidi İnvestisiya Trendləri 2022" hesabatında bildirilir.

Hesabata görə, az karbonlu enerji keçidinə yönəldilən investisiyalar 27 faiz artıb.

Asiya-Sakit okean bölgəsi enerji keçidinə yönəldilən investisiyalarını 38 faiz artırıb. Asiya-Sakit okean bölgəsi üzrə bu sahəyə 368 milyard dollar investisiya yatırılıb. Orta Şərq və Afrikadakı yatırımlar 16 faiz artaraq 236 milyard dollara çatıb. Amerikanın yatırımları isə 21 faiz artaraq 150 milyon dollara çatıb.

Az karbonlu enerji investisiyaları baxımından Çin liderdir. Belə ki, 2021-ci ildə ölkə bu sahəyə 266 milyard dollar investisiya yatırıb. İkinci sırada 114 milyard dollar yatırımla ABŞ qərarlaşıb, Avropa İttifaqı isə 154 milyard yatırım reallaşdırıb.

Bərpaolunan enerji sahəsi enerji keçidinə yönəldilən qlobal yatırımlarda ən böyük paya sahib sektor olub. Bərpaolunan enerji (günəş enerjisi, külək enerjisi və digər mənbələr) mənbələrinə 366 milyard dollar investisiya qoyulub ki, bu da 2020-ci illə müqayisədə 6,5 faiz çoxdur.

2021-ci ildə elektrikli nəqliyyat vasitələrinə 273 milyard investisiya qoyulub ki, bu da əvvəlki illə müqayisədə 77 faiz çoxdur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *