Dünyada bərpa olunan enerji sahəsində çalışanların sayı 16,2 milyon nəfərdir.
Renewables.az xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) "Bərpa olunan enerji və məşğulluq" hesabatında bildirilir.
2011-ci ildən başlayaraq 14-cü dəfə dərc olunan hesabatda bildirilir ki, 2023-cü ildə dünyada bərpa olunan enerji sahəsində çalışanların sayı 2022-ci illə müqayisədə 2,5 milyon nəfər və ya 18,2 % artaraq 16,2 milyon nəfər təşkil edib.
Bu sahədə çalışanların 46 %-i və ya 7,4 milyon nəfəri Çindədir. Avropa İttifaqı ölkələrində 1,8 milyon, Braziliya 1,56 milyon, ABŞ və Hindistan isə hər biri 1 milyon nəfər olmaqla bu sahədə işləyir.
Afrika qitəsində müvafiq sənayedə çalışanların sayı cəmi 324 min nəfər olub.
Hesabata görə, işçi qüvvəsinin 32 %-ni qadınlar, 68 %-ni isə kişilər təşkil edib.
Külək enerjisi sənayesində çalışanların sayına görə Çin və Avropa lider olub, müvafiq olaraq 52 % və 21 %. Çin və Avropada külək sənayesində işləyənlərin sayı 1,5 milyon təşkil edib.
Hesabatda günəş fotovoltaik sahəsində işləyənlər 7,2 milyon nəfər olaraq qeydə alınıb.
Rəylər (0):