IEA: Qlobal bərpa olunan enerji potensialı 2030-cu ilə qədər 2,7 dəfə artacaq

image

Qlobal bərpa olunan enerji potensialının 2030-cu ilə qədər 2,7 dəfə artacağı proqnozlaşdırılır amma bu hələ də COP28-də 200-ə yaxın ölkənin dəstəklədiyi üçqat qoyuluş gücü artımı hədəfinə çatmır.

Renewables.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Bərpa olunan enerji mənbələri" 2024 (Renewables 2024) hesabatında bildirilib.

Hesabata görə, mövcud siyasətləri və bazar şərtləri nəzərə alınaraq, 2030-cu ilə qədər 5 500 giqavat yeni bərpa olunan gücün fəaliyyətə başlaması gözlənilir. Yeni güclərin hər il artacağı, 2030-cu ilə qədər illik artımın 940 giqavat olacağı bildirilir. Günəş və külək enerjisi bu dövrdə yeni bərpa olunan güc artımının 95 faizini təşkil edəcək.

Hesabatda qeyd edilib ki, qlobal yeni bərpa olunan gücün 60 faizi Çində olacaq ki, bu da bərpa olunan enerji sahəsində ölkənin lider mövqeyini möhkəmləndirəcək. Avropa İttifaqı və ABŞ-nın 2024-2030-cu illər arasında bərpa olunan enerji gücünün artım tempini iki dəfə artıracağı proqnozlaşdırılır.

Proqnozlara görə, 2030-cu ildə qlobal bərpa olunan enerji gücünün demək olar ki, 11 000 giqavata çatacağı gözlənilir. Bu halda, Çin, Avropa, Hindistan və ABŞ birlikdə dünya üzrə ümumi quraşdırılmış gücün 80 faizini təmin edəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *