ABŞ administrasiyası günəş enerjisi ilə bağlı plan hazırlayıb

image

ABŞ, 2050-ci ilə qədər ümumi elektrik enerjisi istehsalının yarısını günəş enerjisindən əldə etmək niyyətindədir.

“Berpaolunanenerji.az” bu barədə “Reuters”ə istinadən xəbər verir.

ABŞ administrasiyası ölkənin elektrik enerjisi istehsalının 4 %-ni, istehlakın isə 45 %-ni günəş enerjisindən qarşılamaq üçün plan hazırlayıb.

Qeyd edək ki, ölkənin əsas enerji sistemi kömür, təbii qaz və nüvədən ibarətdir.

ABŞ Konqresinə təqdim edilən planda, ilk dörd ildə günəş enerjisi gücünün iki qat, sonrakı illərdən 2030-cu ilə qədər yenə iki qatına qədər artırılması vurğulanıb.

Administrasiyanın planında həmçinin dənizüstü külək enerji layihələrinin inkişafı da qeyd edilib. Hazırda ABŞ sularında 7 dənizüstü külək elektrik stansiyası mövcuddur.

Prezident Cozef Bayden 2035-ci ilə qədər karbon emissiyasını sıfıra endirmək niyyətində olduqlarını söyləyib. Yeni enerji planının dəstəklənməsinə əsas səbəblərdən biri də günəş panelinin qiymətinin azalmasıdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *