ABŞ günəş enerjisi texnologiyalarına 40 milyon dollar ayırıb

image

ABŞ artan günəş enerjisi qiymətlərinin qarşısını alan və günəş elektrik stansiyalarının səmərəliliyini artıran texnologiyaların inkişafı üçün 40 milyon dollar maliyyə ayırıb.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə ölkənin Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) məlumat yayıb.

Məlumatda həmçinin enerji saxlama və günəş panellərinin ən isti vaxtlarda da yüksək səmərəliliklə enerji istehsalı üçün texnologiyaların inkişaf etdiriləcəyi bildirilir.

EIA bununla, günəş elektrik stansiyalarının fəaliyyət müddətini 30 ildən 50 ilə artırmağı hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *